DSMF Logo
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ELEKTRON SƏNƏD MÜBADİLƏSİ ÜÇÜN VEB PORTALDAN İSTİFADƏ QAYDALARI

 

 


Qısa məlumat

 

Bu sənəd veb portaldan istifadə etməklə elektron sənəd mübadiləsini təmin edən proqram kompleksindən istifadə qaydalarını təsvir edir.

Təlimat sığortaedənlər tərəfindən elektron şəklində hazırlanmış B1, B2 hesabatlarının və B3 məlumatlarının veb portal vasitəsilə DSMF-nin

Mərkəzi Bazasına ötürülməsi üçün sığortaedənlərə kömək məqsədilə hazırlanmışdır.

 

BAKI 2011

 

 

 

 

 


 


MÜNDƏRİCAT

 

 

 

1. GİRİŞ. 5

 

1.1. Proqram kompleksinin təyinatı 5

 

1.2. İstifadəçinin hazırlıq səviyyəsi 5

 

1.3. İstifadəçiyə vacib olan istismar sənədlərinin siyahısı 5

 

2. Elektron sənəd mübadiləsinə dair ərizə formasının doldurulması 6

 

3. Proqram təminatının yüklənməsi 10

 

4. Elektron B1, B2 hesabatlarının və B3 məlumatlarının hazırlanması 11

 

5. Elektron sənədlərin DSMF-nin Məlumat Bazasına göndərilməsi 11

 

6. Elektron hesabatların göndərilməsi 13

 

7. Göndərilmiş hesabatlar barədə məlumatlar 16

 


 

ŞƏKİLLƏR VƏ EKRAN FORMALARI

 

Şək. 1. Elektron xidmətlər linkinə giriş. 6

 

Şək. 2. Elektron Xidmətlər pəncərəsi 7

 

Şək. 3. Sistemə daxilolma pəncərəsi 7

 

Şək. 4. Elektron sənəd mübadiləsinin aparılmasına dair ərizə. 8

 

Şək. 5. Ərizənin qəbul edilməsi barədə məlumat 9

 

Şək. 6. Qeydiyyatdan keçən sığortaedən barədə məlumatlar 10

 

Şək. 7. Proqram təminatının yüklənməsi 10

 

Şək. 8. Sistemə giriş məlumatlarının daxil edilməsi 11

 

Şək. 9. Sığortaedənə dair məlumat pəncərəsi 12

 

Şək. 10. Elektron B1 hesabat faylının seçilməsi 13

 

Şək. 11. Elektron B1 hesabat faylının yüklənməsi 14

 

Şək. 12. Elektron B1 faylının Mərkəzi Bazada saxlanması 15

 

Şək. 13. Hesabatın baxılması üçün qəbul edildiyi barədə BİLDİRİŞ. 16

 

Şək. 14. Sığortaedənin göndərdiyi B1 hesabatının məlumatları 17

 

Şək. 15. Hesabata dair DSMF-nin məlumatları 17

 

Şək. 16. Hesabat məlumatlarındakı uyğunsuzluqlar 18

 

Şək. 17. DSMF-dən göndərilmiş formalar 19

 

Şək. 18. DSMF-dən göndərilmiş ƏLAVƏ 10 forması 20

 


1. GİRİŞ

1.1. Proqram kompleksinin təyinatı

Veb-portaldan istifadə etməklə elektron sənəd mübadiləsini təmin edən proqram kompleksi sığortaedən ilə Dövlət Sosial Müdafiə Fondu (DSMF) arasında elektron sənəd mübadiləsinin aparılması üçün nəzərdə tutulan proqram təminatıdır.

Sığortaedən ilə DSMF arasında elektron sənəd mübadiləsinin aşağıdakı mərhələlər üzrə aparılması nəzərdə tutulmuşdur:

         Elektron sənəd mübadiləsinə dair elektron ərizə formasının doldurulması.

         Sığortaedənlərə DSMF-dəki yeni uçot nömrəsinin, istifadəçi kodu, parol və şifrənin təqdim edilməsi.

         Proqram təminatının (B1Editor, B2Editor, B3Editor) DSMF portalı vasitəsilə əldə edilməsi.

         Sığortaedən tərəfindən məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2 formaları) və məcburi dövlət sosial sığorta haqları üzrə məlumatların (B3 forması) elektron sənəd formasında hazırlanması və DSMF-yə göndərilməsi.

         Sığortaedənlər tərəfindən göndərilmiş elektron sənədlərin DSMF-nin müvafiq orqanları tərəfindən qəbulu və sığortaedənlərin məlumatlandırılması.

1.2. İstifadəçinin hazırlıq səviyyəsi

Veb-portaldan istifadə etməklə elektron sənəd mübadiləsini təmin edən proqram kompleksi ilə işləmək üçün istifadəçi Windows 2000, Windows XP, Windows 7 əməliyyat sistemlərindən biri və İnternet ilə işləmək vərdişinə malik olmalıdır.

1.3. İstifadəçiyə vacib olan istismar sənədlərinin siyahısı

Veb-portaldan istifadə etməklə elektron sənəd mübadiləsini təmin edən proqram kompleksi ilə işləyən sığortaedənlər üçün hazırkı İstifadəçi üçün təlimat sənədi ilə tanış olmaq kifayətdir.

 


2. Elektron sənəd mübadiləsinə dair ərizə formasının doldurulması

Elektron sənəd mübadiləsinə aid ərizə formasını doldurmaq üçün əvvəlcə DSMF-nin rəsmi saytına (www.sspf.gov.az) daxil olmaq və açılan səhifədə Elektron xidmətlər linkini klikləmək lazımdır (Şək. 1).

Şək. 1. Elektron xidmətlər linkinə giriş

Bu zaman Elektron Xidmətlər pəncərəsi açılacaqdır (Şək. 2):

 

Şək. 2. Elektron Xidmətlər pəncərəsi

Sonra açılan pəncərədə Elektron sənəd mübadiləsi bəndini seçmək lazımdır. Bu zaman sığortaedənin sistemdən istifadə etməsi üçün nəzərdə tutulan Sistemə daxilolma pəncərəsi açılır (Şək. 3)

Şək. 3. Sistemə daxilolma pəncərəsi

Bu ekrandan Yeni istifadəçinin qeydiyyatdan keçirdilməsi rejimini seçməklə elektron sənəd mübadiləsini aparmaq üçün lazım olan ərizə formasına keçirik (Şək. 4):

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şək. 4. Elektron sənəd mübadiləsinin aparılmasına dair ərizə

Ərizə formasına məlumatlar aşağıdakı bəndlər üzrə daxil edilməlidir:

1. DSMF yerli orqanının adı

2. Sığortaedənin tipi

3. Sığortaedən haqqında məlumat

4. Ərizənin məzmunu

5. Ərizəni təqdim edən şəxs barədə məlumat

6. Hesabatların elektron sənəd formasında göndərilməsi haqqında müqavilə

Sığortaedən ərizə formasını doldurduqdan sonra formanın aşağısında yerləşən Qeydiyyat düyməsini klikləməlidir. Nəticədə ərizə formasını dolduran sığortaedənlərə proqram modulu vasitəsilə istifadəçi kodu, parolşifrə generasiya olunur. Eyni zamanda ərizə formasının yuxarısında sığortaedənin ərizəsinin qəbul edilməsi və onunla elektron poçt vasitəsilə əlaqə yaradılacağı barədə məlumat verilir (Şək. 5):

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şək. 5. Ərizənin qəbul edilməsi barədə məlumat

Sığortaedənlərə istifadəçi kodu, parolşifrə uçotda olduğu DSMF-nin yerli orqanı tərəfindən təqdim olunur. Elektron sənəd mübadiləsi aparmaq üçün qeydiyyatdan keçən sığortaedənə təqdim edilən məlumatın nümunəsi Şək.6-da göstərilmişdir. İlkin olaraq bütün sığortaedənlərə eyni DSMF parolu verilir və birinci dəfə sənəd göndərməyə cəhd etdikdə bu parolun sığortaedən tərəfindən dəyişdirilməsi tələb olunur.

Şək. 6. Qeydiyyatdan keçən sığortaedən barədə məlumatlar

3. Proqram təminatının yüklənməsi

Sığortaedənlər B1, B2 hesabatlarını və B3 məlumatlarını elektron şəkildə hazırlamaq üçün lazım olan proqram təminatını DSMF-nin rəsmi saytından yükləyə bilərlər. Bunun üçün həmin sayta girib Elektron xidmətlər linkini klikləmək və açılan Elektron xidmətlər pəncərəsində uyğun olaraq B1 proqram təminatı, B2 proqram təminatı, B3 proqram təminatı bəndlərini seçmək lazımdır (Şək. 7).

 

Şək. 7. Proqram təminatının yüklənməsi

4. Elektron B1, B2 hesabatlarının və B3 məlumatlarının hazırlanması

Sığortaedənlər yüklənmiş proqram modullarına əsasən B1, B2 hesabatlarının və B3 məlumatlarının elektron variantlarını hazırlaya bilərlər. Hazırlanmış B1, B2 hesabatları və B3 məlumatları format-məntiqi yoxlamalardan keçdikdən sonra yaddaşda saxlanılır.

5. Elektron sənədlərin DSMF-nin Məlumat Bazasına göndərilməsi

Elektron B1, B2, B3 formaları hazırlandıqdan sonra növbəti mərhələdə onlar DSMF-nin Məlumat Bazasına çatdırılmalıdır. Bunun üçün sığortaedənlər DSMF-nin rəsmi İnternet saytına daxil olub əvvəlcə Elektron xidmətlər, sonra isə Elektron sənəd mübadiləsi bəndlərini seçirlər. Nəticədə Sistemə daxilolma pəncərəsi açılır.

Sistemə giriş üçün hər bir sığortaedən DSMF tərəfindən təqdim olunan istifadəçi kodunu, parolu, şifrəni damalı xanada təsadüfi şəkildə generasiya olunan və bir qədər yayğın şəkil formasında olan dördrəqəmli təhlükəsizlik kodunu giriş pəncərəsindəki müvafiq sahələrə daxil etməlidir (Şək. 8).

Şək. 8. Sistemə giriş məlumatlarının daxil edilməsi

Sığortaedən DSMF tərəfindən təqdim olunan istifadəçi kodunu, parolu, şifrəni ekrandakı təhlükəsizlik kodunu giriş pəncərəsindəki müvafiq sahələrə birinci dəfə daxil etdikdə yuxarıda qeyd etdiyimiz kimi parolun dəyişdirilməsini tələb edən aşağıdakı Parolun dəyişdirilməsi ekran forması açılır.

 

Yuxarıdakı ekran formasının sahələrini doldurub, Parolu dəyiş düyməsini kliklədikdə parol yenisi ilə əvəz olunacaqdır. Növbəti dəfə sığortaedən sistemə daxil olanda giriş pəncərəsindəki parol sahəsinə yeni parolu daxil etməlidir.

Sığortaedən istifadəçi kodunu, parolusifrəni düzgün daxil etdikdə sığortaedənin qeydiyyat məlumatları əks olunan aşağıdakı pəncərə açılır (Şək. 9):

Şək. 9. Sığortaedənə dair məlumat pəncərəsi

Bu pəncərədə aşağıdakı menyu bəndləri mövcuddur:

-          Qeydiyyat məlumatı

-          Sığortaolunanlar

-          Bölüşdürülməmiş məbləğlər

-          B1

-          B3

-          DSMF-dən göndərilmiş formalar

-          Kömək

-          Parolun dəyişdirilməsi

-          Sistemdən çıxış

-          Word-ə ixrac

-          Excel-ə ixrac

Sığortaedən yuxarıda göstərilmiş menyu bəndlərini seçməklə özü və sığortaolunanları barədə əsas məlumatlara baxa bilər.

6. Elektron hesabatların göndərilməsi

Elektron hesabatlarla əlaqədar DSMF Məlumat Bazası ilə sənəd mübadiləsi prosesinə B1 hesabatının timsalında baxaq. Sığortaedən hazırladığı elektron B1 hesabatını DSMF-nin Məlumat Bazasına göndərmək üçün Şək. 9-da göstərilmiş pəncərədə yerləşən menyuda B1 bəndini seçməli və B1Editor proqramı vasitəsilə hazırlanıb paketlənmiş hesabat faylını yükləməlidir. Bunun üçün əvvəlcə açılmış pəncərədə Choose File düyməsini klikləməli, sonra WINDOWS pəncərəsində həmin faylın yerləşdiyi qovluqdan onu seçməli və açılan pəncərədə Yüklə düyməsini klikləməlidir (Şək. 10, Şək.11):

Şək. 10. Elektron B1 hesabat faylının seçilməsi

Şək. 11. Elektron B1 hesabat faylının yüklənməsi

Yükləmə əməliyyatından sonra ekranda aşağıdakı sorğu pəncərəsi açılır :

Yüklənmiş faylın DSMF-nin məlumat bazasına göndərilməsini təsdiq etmək üçün düyməsini, təsdiqdən imtina üçün isə Yox düyməsini klikləmək lazımdır. düyməsini klikləsək, aşağıdakı pəncərə görünəcəkdir.

Açılan pəncərədə 2. Məlumatlar bəndini seçsək, faylın DSMF-nin Məlumat Bazasında saxlanmasını göstərən pəncərə çıxır (Şək. 12).

Şək. 12. Elektron B1 faylının Mərkəzi Bazada saxlanması

7. Göndərilmiş hesabatlar barədə məlumatlar

Sığortaedən göndərdiyi B1 hesabatı barədə məlumat almaq üçün Məlumatlar bəndini seçməlidir.

Yuxarıdakı pəncərədən göründüyü kimi sığortaedən Məlumat Bazasında saxlanan məlumatları silə bilməz. Sığortaedən bu məlumatlara yenidən baxmaq və onun əsasında yeni hesabat hazırlamaq istəyirsə, hu halda Çək düyməsini klikləməli və faylı öz kompüterində istədiyi qovluqda saxlamalıdır.

B1 hesabatı Mərkəzi Bazada saxlanıldıqdan sonra DSMF-nin yerli orqanı tərəfindən baxılmaq üçün qəbul edilir və bu barədə sığortaedənə bildiriş göndərilir. Bildiriş formasına baxmaq üçün Şək. 12-də göstərilmiş cədvəldə siçanın sol düyməsi ilə göndərilən hesabata aid olan sətirdə Bildiriş sütununda yerləşən yazını klikləməlidir. Nəticədə Bildiriş forması ekrana çıxacaq (Şək. 13):

Şək. 13. Hesabatın baxılması üçün qəbul edildiyi barədə BİLDİRİŞ

Növbəti mərhələdə DSMF-nin yerli orqanında Müfəttişin Avtomatlaşdırılmış İş Yeri proqramı yüklənir. Yüklənmədən sonra sığortaedənin hesabatlarına baxış zamanı sığortaedənin göndərdiyi yeni B1 hesabatının məlumatları Sığortaedənin məlumatları tab-vərəqində görünür (Şək. 14):

Şək. 14. Sığortaedənin göndərdiyi B1 hesabatının məlumatları

Sonra müfəttiş tərəfindən sığortaedənin göndərdiyi B1 hesabatının kameral yoxlaması aparılır. Kameral yoxlama zamanı sığortaedənin B1 hesabatı bu hesabata dair DSMF-nin məlumatları ilə müqayisə olunur. Bu məlumatlar DSMF-nin məlumatları tab-vərəqində əks olunur (Şək. 15).

Şək. 15. Hesabata dair DSMF-nin məlumatları

Yoxlama və müqayisə zamanı uyğunsuzluqlar aşkar olunarsa, bu halda hesabat məlumatlarındakı uyğunsuzluqların aradan qaldırılması barədə müraciət forması (ƏLAVƏ 10) və bu uyğunsuzluqların ətraflı təsvirini əks etdirən cədvəl forması yaradılır (Şək. 16).

Şək. 16. Hesabat məlumatlarındakı uyğunsuzluqlar

Mübadilənin növbəti mərhələsində müraciət forması və hesabat uyğunsuzluqları barədə cədvəl sığortaedənə göndərilir.

DSMF-dən göndərilən məlumat formalarına baxmaq üçün elektron mübadilə proqramının əsas menyusunda DSMF-dən göndərilmiş formalar bəndini seçmək lazımdır. Bu zaman açılan pəncərədə DSMF-dən sığortaedənə göndərilmiş formalar barədə cədvəl əks olunur (Şək. 17). Cədvəldə yerləşən formaların aid edildiyi illərə görə və formaların növlərinə görə axtarış əməliyyatını yerinə yetirmək olar.

Şək. 17. DSMF-dən göndərilmiş formalar

Sığortaedən göndərdiyi B1 hesabatına uyğun DSMF-dən göndərilən formalara baxmaq üçün cədvəldə həmin hesabata uyğun olan sətirdə müvafiq sahəni (məsələn, Əlavə 10 sahəsini) klikləməlidir. Nəticədə həmin hesabatın kameral yoxlaması zamanı uyğunsuzluqlar aşkar olunan halda göndərilən ƏLAVƏ 10 forması və uyğunsuzluqlar cədvəli ekranda görünəcəkdir (Şək. 18).

 


Şək. 18. DSMF-dən göndərilmiş ƏLAVƏ 10 forması